Close

Pediatr: "Bu meyvələri uşaqlara vermək qadağandır"

Yaz gələr-gəlməz bazara çıxarılan alça və çiyələyin yanında artıq ərik, hətta şaftalı görünməyə başlayıb. Azərbaycanın iqlim şəraitində yetişməsinə hələ bir neçə ay qalan meyvənin satışa çıxması yalnız qiymətin baha olması ilə diqqəti çəkmir. Bu meyvələrin hansı şəraitdə yetişdirildiyi və sağlamlıq üçün faydasının olub-olmadığı da sual yaradır.
Mütəxəsisslər bu cür meyvələrin uşaqlara verilməsini doğru hesab etmir.

Mövzu ilə bağlı TNS-ə danışan pediatr Vaqif Qarayev bildirib ki, hazırda satışan çıxan alça, çiyələk, ərik, şaftalı kimi meyvələr sadəcə su dadı verir: “Mövsümündən əvvəl satışda olanlar sadəcə görünüşcə meyvədir. Sanki rəssam əli ilə çəkilib. Hamısı eyni formada, eyni ölçüdə. Təbiətin yetişdirdiyi meyvə eyni formada ola bilməz. Bu, mümkün olan şey deyil. Necə ki, insanlar eyni görünüşdə deyil, bütün yaradılan da, eyni cinsdən olsa da, eyni görünüşdə olmur. Hazırda dünyada yetişdirilən meyvələrin hamısının görünüşü eynidir. Bütün ölkələr eyni toxumları alır və meyvələri istixana şəraitində yetişdirir”.

Həkim qeyd edib ki, bu cür meyvələr gözəl görünsə də, heç bir faydası yoxdur: “Faydasız olmaqla yanaşı, bu meyvələr hamısı allergendir. Süni şəraitdə yetişdirilib. Hansı uşaqda allergiya, mədə-bağırsaq problemi varsa, o uşaqlara bu meyvəni vermək olmaz. Həkimlər bu barədə deyir, yazır, amma yenə də faydası az olur. Bir həkim kimi bu cür meyvələri nəinki tövsiyə etmirəm, hətta qadağan edirəm. Hər meyvənin öz mövsümü var. Azərbaycan şəraitində o meyvələrin yetişmə dövrü deyil. Nə vaxt ki, təbii formada yetişəcək, o zaman vermək olar”.

Aygün