Close

Meyvə-tərəvəzlərin düzgün yuyulması qaydası

Qida zəhərlənməsinin qarşısını almaq üçün meyvə və tərəvəzlər müəyyən qaydada yuyulmalıdır.

TNS xəbər verir ki, bu barədə “İnfosalus” nəşrinə müsahibəsində dietoloq İldefonsa Sançez Karo deyib.

Karo qeyd edib ki, meyvə və tərəvəzlər axan suyun altında yuyulmalıdır, eyni zamanda qabığın zədələnməməsi vacibdir: "Bu addım çox vacibdir, hətta onları sonradan soymağı planlaşdırsanız belə, dilimləmə və ya soyma zamanı hər hansı səth çirkləndiricilərinin qidaya keçməsinin qarşısını alacaq".

Dietoloq qovun, xiyar, qarpız və bəzi sərt qabıqlı meyvə-tərəvəzləri fırça ilə təmizləməyi məsləhət görür. Bundan əlavə, Karo bu məqsədlər üçün xüsusi kimyəvi məhsul almağı tövsiyə edir, lakin əvvəlcə onun tərkibini diqqətlə öyrənməli və tərkibində zərərli maddələrin olub olmadığını yoxlamaq lazımdır.

"Nəhayət, meyvə və tərəvəzlər təmiz dəsmal ilə qurudulmalıdır",- ekspert əlavə edib.