Close

15:44
28 Aprel 2025
15:36
28 Aprel 2025
15:24
28 Aprel 2025

Dünyada ən sürətli yayılan arıqlama üsulu- CİDDİ TƏHLÜKƏ

Arıqlamaq istəyənlərin tez-tez üstünlük verdiyi arıqlama iynələri nəzarətsiz istifadə nəticəsində ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə sosial media və məşhurlar dünyasında sürətlə yayılan bu üsul üz, əl və ayaqlarda əzələ itkisi, sifətin çökməsi kimi ciddi yan təsirləri ilə gündəmə gəlir.

TNS-in məlumatına görə, təhlükə bunlarla məhdudlaşmır. Mütəxəssislər arıqlama inyeksiyalarının ürək ritminin pozulması, həzm sistemi problemləri, mədə və bağırsaq ağrıları, əzələ atrofiyası kimi ciddi sağlamlıq problemlərinə yol açdığını vurğulayırlar. Mütəxəssis nəzarəti olmadan istifadə edilən bu dərmanlar qan şəkəri balansının pozulması və mədəaltı vəz funksiyalarının pozulması kimi risklər gətirir.

Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi türk professor Ela Keskin arıqlama inyeksiyalarının nəzarətsiz istifadəsinin "Ozampik üzü" olaraq bilinən üzdə sallanma görünüşünə səbəb olduğunu bildirib.

“Bu iynələr qəfil əzələ parçalanmasına, qanda şəkərin aşağı düşməsinə və həzm problemlərinə səbəb ola bilər”,- professor xəbərdarlıq edib.

Mütəxəssislərin fikrincə, arıqlama inyeksiyaları yalnız bədən kütləsi indeksi (BKİ) 30-dan yuxarı olan obez insanlarda və ya əlavə xəstəlikləri olan və 35-dən yuxarı BKİ olan xəstələrdə istifadə edilməlidir.

Diabet və piylənmənin müalicəsi üçün hazırlanmış bu dərmanların hər kəs üçün əlçatan olması sağlamlıq üçün böyük risk yaradır.

Arıqlama inyeksiyalarının ürək döyüntüsünü artırma və aritmiyaları pisləşdirməsi riski də var. Kardioloq Fatih Mehmet Uçarın qiymətləndirməsinə görə dərmanların ciddi yan təsirləri mövcuddur.

Uçar, arıqlama iynəsinin istifadəsinin qan təzyiqini aşağı sala və ürək döyüntüsünü həddindən artıq artıra biləcəyini söyləyib.

Mütəxəssislər dərmanın hal-hazırda çəki və sağlamlıq vəziyyətinə uyğun olmayan dozalarda istifadə edildiyinə, nəzarətsiz istifadənin həm fiziki görünüşü korlaya, həm də qalıcı sağlamlıq problemlərinə səbəb ola biləcəyinə diqqət çəkirlər.