Xərçəngdən qorunmaq üçün hər gün bunu yeyin

Amerikalı alimlər qozda güclü xərçəng əleyhinə xüsusiyyətlər aşkar ediblər. Məlum olub ki, bu məhsulun müntəzəm istifadəsi orqanizmdə iltihabi prosesləri yatırır və yoğun bağırsaq xərçəngi riskini azaldır.
TNS xəbər verir ki, tədqiqat “Cancer Prevention Research” (CPR) elmi jurnalında dərc olunub.
Klinik təcrübə zamanı mütəxəssislər risk qrupundan olan 39 xəstəni müşahidə ediblər. İştirakçılar üç həftə ərzində nəzarət edilən pəhrizin bir hissəsi olaraq hər gün qoz yeyiblər. Nəticələr qanda iltihabi markerlərin əhəmiyyətli dərəcədə azaldığını göstərib - 15-25%. Xüsusilə nəzərə çarpan təsir kök xəstələrdə müşahidə edilib.
Məlum olub ki, qozun tərkibindəki ellagitanninlər bağırsaq bakteriyalarının təsiri ilə güclü iltihab əleyhinə birləşmə olan urolitin A-ya çevrilir. Bu maddə təkcə iltihabı azaltmır, həm də xərçəng əleyhinə xüsusiyyətlərə malik olan YY peptidinin istehsalını təşviq edir.
"Bütün insanlar qoz-fındıqları eyni şəkildə həzm etmirlər. Ancaq gündə bir ovuc qoz belə bağırsaq sağlamlığını dəstəkləmək üçün sadə və sərfəli bir yol ola bilər", - tədqiqata rəhbərlik edən doktor Daniel Rosenberq deyib.
Tədqiqatçılar vurğulayıblar ki, qoz xərçəngin qarşısının alınmasında vəd versə də, müntəzəm tibbi müayinələri əvəz etmir.