Close

Saç tökülməsinə qarşı ən effektli üsullar

Saç tökülməsi insanların ən çox şikayətləndikləri problemlərdən biridir.

Bu problemin xeyli səbəbi ola bilər. Daxili orqanlarda, baş dərisində hansısa xəstəlik, əsəb və stress, sağlam qidalanmamaq bu səbəblərdən bir neçəsidir.

Sağlam və tökülməyən saçlara sahib olmaq üçün nələr edilməlidir?

TNS bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edir:

1. Sağlam qidalanmaq

Sağlam saçlara sahib olmağın ən effektli və sadə yollarından biri normal, vaxtında qidalanmaqdır. Yalnız saçların qırılması və tökülməsinin qarşısını almaq üçün deyil, həm də saçlarınıza sağlam görünüş vermək üçün pəhrizinizdə kiçik dəyişikliklər edə bilərsiniz. Bu dəyişikliklərdən biri də süd məhsulları, balıq və toyuq kimi zülalla zəngin qidaları istehlak etməkdir. Saçınızın ehtiyacı olan A, C və D kimi vitaminləri təbii yolla təmin edəcək qidaları gündəlik qida rasionunuza əlavə edərək saçlarınızı gücləndirə bilərsiniz.

2. Yoqa və meditasiya

Qadınlarda saç tökülməsinin səbəbləri arasında stress ilk sıralardadır. Stresslə mübarizə aparmağın ən uğurlu üsullarından biri yoqadır. Yoqa və meditasiya ilə bir daşla iki quş öldürərək, stressinizi azalda və daha sağlam saçlara sahib ola bilərsiniz.

3. Su terapiyası

Baş dərisinin sağlam olması çox vacibdir. Saçınızı ilıq və ya soyuq su ilə yumağa çalışın, baş dərisindəki təbii yağları zədələyən isti sudan uzaq durun. Bu sayədə xüsusilə qış aylarında çətin görünsə də, canlılığını bərpa etmiş güclü saçların dadını çıxara bilərsiniz.

4. İsti və zərərli kimyəvi maddələr

Çoxumuz saçlarımıza yüksək temperaturlu alətlərlə forma veririk. Bu, saçlarımızın zəifləməsinə və zamanla qırılaraq tökülməsinə səbəb olur. Fen və digər alətlərdən istifadə edərkən, saçlara mütləq qoruyucu kremlər sürtülməlidir. Kimyəvi prosedurlar və boyama da saçlarınızın zəifləməsinə səbəb ola bilər. Bərbərinizdən orqanik boyadan istifadə etməsini istəyin, bir müddət prosedurlara ara verib, saçlarınıza gücünü bərpa etmək üçün lazım olan fürsəti verin.

5. Masaj

Baş dərisini masaj etmək qan dövranını sürətləndirir və saç köklərinə gedən oksigen miqdarını artırır. Saçların kökündən ucuna qədər daha güclü olması ilə yanaşı, baş dərinizə masaj etmək də stresin öhdəsindən gəlməyə kömək edə bilər. Etməli olduğunuz tək şey baş dərinizə dairəvi hərəkətlərlə yüngül təzyiq tətbiq etməkdir. Bu arada istəsəniz, saç dibinə çəkilə bilən serumlardan da istifadə edə bilərsiniz.

6. Saçın formasını dəyişmək

Çox qadın rahatlıq üçün saçlarını sıx hörür, möhkəm bağlayır. Bunlar uzun müddət davam etdikdə problem yaradır. Saç köklərinə zərər verməmək, qırılma və saç tökülməsinin qarşısını almaq üçün saçınızın nəfəs almasına icazə verməlisiniz. Əgər gün ərzində saçınızı “at quyruğu” halına gətirmisinizsə, gecə açıq buraxmağa cəhd edə bilərsiniz.

7. Saç tipinə uyğun məhsul

Saç baxımında ən vacib məqamlardan biri də sizə uyğun olan saç baxım məhsullarından istifadə etməkdir.

Bütün bunlara əməl etiyiniz halda, saçlarınız yenə də tökülürsə, mütləq həkim müayinəsindən keçmək lazımdır.