Milyonlarla uşaq ölümü: başlıca səbəb...

Artan antibiotik müqavimətinin uşaqların sağlamlığına və həyatına vurduğu zərərlə bağlı yeni məlumatlar ortaya çıxıb.
TNS BBC-yə istinadən xəbər verir ki, həkim Yanhun Cessika Hu və professor Herb Harvell tərəfindən aparılan bir araşdırma göstərib ki, söhbət milyonlarla ölümdən gedir.
Belə ki, təkcə 2022-ci ildə təxminən 3 milyon uşaq antimikroblara davamlı infeksiyalardan ölüb. Tədqiqat yalnız üç il ərzində uşaqlarda infeksiyaların on dəfədən çox artdığını aşkar edib.
Mütəxəssislər bildirirlər ki, mümkün səbəblərindən biri koronavirus pandemiyası olub.
Cənub-Şərqi Asiya və Afrikadakı uşaqlar ən çox risk altındadır. 2019-2021-ci illər arasında bu regionlarda “nəzarət edilən antibiotiklərin” – müqavimət inkişaf etdirmə riski yüksək olan dərmanların- istifadəsi müvafiq olaraq 160 və 126 % artıb.
Professor Harvell hesab edir ki, davamlı infeksiyanın inkişafının qarşısını almağın ən yaxşı yolu ilk növbədə yoluxmamaqdır.