Təbiətin gücü- Onları bu bitkilər sağaldır

Autizim dövrümüzün aktual fərqindəliklərindən biridir. Autizmin müalicəsində psixoloji məşğələlər və dərman müalicəsi ilə yanaşı təbii üsullarla terapiyalar da vacibdir.
TNS-in araşdırmasına görə, Autizm spektr pozuntusu (ASP) olan insanlar üçün təbii terapiya metodları son illərdə daha çox gündəmdədir. Təbiətə aid müxtəlif bitkilər və onlardan hazırlanan ekstraktlar beyinin funksiyalarını dəstəkləyərək stressi azaltmaq, sakitliyi qorumaq və konsentrasiyanı artırmaq üçün istifadə edilə bilər.
Lavanda sakitləşdirici təsiri ilə tanınır. Onun efir yağı stressi və narahatlığı azaltmaqla yanaşı, yuxu rejiminin normallaşmasına kömək edir. Autizm spektr pozuntusu olan şəxslər üçün lavanda aromaterapiya şəklində istifadə edilə bilər.
Melissa (limon nanəsi) sakitləşdirici təsir edərək həm narahatlığı azaldır, həm də konsentrasiyanı artırır. Araşdırmalar melissanın diqqət çatışmazlığı və hiperaktivlik sindromu olan insanlara da müsbət təsir etdiyini göstərir.
Kamomil çayı sakitləşdirici təsiri ilə tanınır. Autizmi olan uşaqlarda aqressiyanı və gərginliyi azaltmaq üçün istifadə edilə bilər. Kamomil eyni zamanda yuxu keyfiyyətini artırılmasına müsbət təsir göstərir.
Ginkgo biloba beyin qan dövranını yaxşılaşdıraraq idrak funksiyalarını gücləndirir. Bu bitkinin ekstraktı yaddaşı və konsentrasiyanı artırmaq üçün istifadə edilə bilər.
Sarıkök güclü antioksidant və iltihab əleyhinə təsirləri ilə tanınır. Tərkibindəki kurkumin maddəsi sinir sistemi üçün faydalı olub beyin funksiyalarını qoruyur.
Rozmarin diqqəti və yaddaşı gücləndirir. Onun efir yağı aromaterapiyada istifadə edildikdə konsentrasiyanı artırır və zehni aydınlaşdırır.
Kəklikotu immun sistemini gücləndirir və sinir sisteminə müsbət təsir edir. Efir yağı formasında istifadə edildikdə sakitləşdirici təsir göstərir.
Üzərlik bitkisi qədim zamanlardan bəri müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən güclü bir bitkidir. Onun tərkibində harmalin, harmalol və harman kimi alkaloidlər var ki, bu maddələr sinir sistemi üzərində təsir göstərir. Autizm spektr pozuntusu (ASP) olan fərdlərə təsiri baxımından üzərlik bitkisinin bəzi potensial faydaları mövcuddur.
Üzərlik beyin dalğalarına sakitləşdirici təsir göstərir. Bu, autizmli şəxslərdə narahatlıq və gərginliyin azalmasına kömək edir.
Üzərlikdəki harmalin maddəsi neyrotransmitterlərin fəaliyyətini artıraraq beyinin balansını dəstəkləyə, autizmli fərdlərdə tez-tez rast gəlinən yuxu problemlərinin həllinə kömək edə, diqqət və konsentrasiyanı artıra bilər.
Bəzi tədqiqatlar göstərir ki, üzərlikdəki alkaloidlər idrak funksiyalarını artıraraq diqqət dağınıqlığının qarşısını alır. Lakin üzərlik güclü bir bitki olduğundan həddindən artıq dozalarda istifadəsi baş gicəllənməsi, ürəkbulanma və hətta halüsinasiyalar kimi toksik təsir də göstərə bilər.
Autizmli insanlar üçün bitkilərin istifadəsi alternativ dəstək vasitəsi kimi effektiv ola bilər. Bununla yanaşı, hər hansı bitki müalicəsinə başlamadan öncə mütəxəssis həkimlə məsləhətləşmək lazımdır. Düzgün istifadə edildikdə bu bitkilər autizmi olan fərdlərin gündəlik həyat keyfiyyətini artırmağa kömək edə bilər.
Zarufa