Təyyarəyə minməzdən əvvəl nə edək?

Təyyarə ilə yola çıxmazdan əvvəl qəbul edilməsi tövsiyə edilməyən qida və içkilər var.
TNS xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Bildirilib ki, xüsusən təzyiq problemi olan şəxslər uçuşdan əvvəl qazlı içkilərdən, ağır kalorili yeməklərdən istifadə etməməlidirlər. Qeyd olunan qidalar mədə-bağırsaq problemi olan şəxslərdə uçuş müddətində narahatlıqlar yarada bilər.
"Uçuş saatında bir saat əvvəl bir stəkan təmiz su içmək tövsiyə olunur. Lakin bədəndə artıq mayenin olması tövsiyə edilmir. Nəhayət, uçuşdan əvvəl yatıb yuxunuza alın, çünki yorğunluq uçuşun stresini artıra bilər", - deyə məqalədə qeyd edilib.