100 gün süni ürəklə yaşadı

Avstraliyada ürək çatışmazlığından əziyyət çəkən xəstə dünyada süni ürək implantı ilə xəstəxanadan çıxan ilk insan olub.
TNS xəbər verir ki, avstriyalı həkim Daniel Timms tərəfindən icad edilən “BiVACOR” süni ürək xəstənin əsl ürək transplantasiyasına qədər həyatda qalmasına kömək edib.
İmplant əsl ürəyi 100 gündən çox əvəz edə bilib.
Avstraliya hökumətinin məlumatına görə, dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığından əziyyət çəkir, yalnız 6000 nəfər donorlardan ürək transplantasiyası alır. Bu kontekstdə hökumət “BiVACOR” markalı cihazın hazırlanması və kommersiyalaşdırılması üçün 50 milyon dollar ayırıb.
Əvvəllər ABŞ-də süni ürək implantından istifadə edilib, ancaq cihazla ən üzün yaşayan şəxs 27 gün onu daşıyıb.