COVID-19 hələ də can almaqda davam edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də COVID-19-la bağlı pandemiya elan edildi. Ötən müddət ərzində bütün dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan COVID-19 epidemiyası 2023-cü ildə “Beynəlxalq İctimai Sağlamlıq Fövqəladə Hallar” sinfindən çıxarılsa da, xəstəlik səbəbindən insan itkiləri davam edir.
TNS xatırladır ki, COVID-19-a ilk yoluxma halları 2019-cu ilin sonunda Çinin Hubei əyalətinin Uhan şəhərində baş verib. İlk xəstələr o vaxt səbəbi bilinməyən müəmmalı tənəffüs xəstəliyi şikayəti ilə xəstəxanalara müraciət ediblər. 2020-ci ilin əvvəlində bu xəstəlikdən ilk ölüm qeydə alınıb.
Çindən kənarda ilk yoluxma halı yanvarın 13-ü 2020-ci ildə Taylandda müşahidə edilib, epidemiya iki gün sonra Yaponiyaya, təxminən bir həftə sonra isə ABŞ-yə yayılıb.
ÜST-nin Baş direktoru Tedros Adanom Qebreisus "SARS-CoV-2" virusunun səbəb olduğu COVID-19-un qlobal narahatlığa səbəb olmasından sonra 30 yanvar 2020-ci ildə "Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti" elan etdiyini açıqlamışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyonu ötüb. Bu ölümlərin təxminən 3 milyonu Amerika qitəsində, 2 milyondan çoxu isə Avropada baş verib verib.
Epidemiyadan ən çox ölüm qeydə alınan ölkələr arasında ABŞ birinci, Braziliya, Hindistan və Rusiya üçüncü yerdədir.
Məlumata görə, bu il də təsirini göstərməkdə davam edən epidemiya səbəbindən ötən həftə 517, fevral ayında isə 3 min 73 nəfər həyatını itirib.
Dünyada 13 milyard dozadan çox peyvənd tətbiq olunub.
Hazırda dünyada 94 mindən çox insan COVID-19 ilə mübarizə apararkən, xəstəliyin ilk tarixindən bu günə qədər qeydə alınan xəstələnmə sayı 777 milyonu ötüb.
Aygün