Düzgün dəmlənmiş çayın faydası

Çay dəmlənmə müddətində suda qurğuşun və kadmium kimi ağır metalları əhəmiyyətli dərəcədə azaldır.
TNS xəbər verir ki, bu barədə amerikalı jurnalistlərin "ACS Food Science & Technology" jurnalında dərc olunan araşdırma materialında bildirilib.
Araşdırmada müxtəlif çay növləri, çay paketləri və fərqli dəmlənmə üsullarının suda ağır metalların azalmasına təsiri araşdırılıb.
Tədqiqatçılar dəmləmə prosesindən sonra məhlulda nə qədər ağır metal qaldığını ölçüblər, bunu əvvəlki və sonrakı səviyyələrlə müqayisə ediblər.
Tədqiqat nəticəsində müəyyən edilib ki, incə üyüdülmüş qara çay yarpaqları ağır metal ionları ilə kimyəvi bağ əmələ gətirərək, onların sudan “böyük ölçüdə” çıxarılmasına şərait yaradır.
Alimlər çayın dəmlənmə müddəti artdıqca suda ağır metalların miqdarının azaldığını müəyyən edərək, sellülozadan hazırlanan çay paketlərinin pambıq və neylondan daha təsirli olduğunu vurğulayıblar.
Araşdırma nəticəsində məlum olub ki, içməli suda ağır metalların çox olduğu bölgələrdə çay xalq sağlamlığına müsbət təsir göstərə bilər.