Yenə yarasa, yenə yeni bir virus- 53 insan ölüb
108
22:17 - 25 Fevral 2025

Konqo Demokratik Respublikasının şimal-qərb bölgəsində yarasa yeyən uşaqdan yayılan virusa görə 50-dən çox insan ölüb.
TNS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, hələlik diaqnozu qoyulmayan xəstəlik yanvarın 21-də başlayıb və indiyədək 419 yoluxma halı qeydə alınıb. Məlum olub ki, bunlardan 53-ü ölümlə nəticələnib və xəstəlikdən ölüm nisbəti Covid-19-da 3,14 faizlə müqayisədə 12,49 faiz təşkil edib.
Xəstəliyin əlamətlərinin görünməsi ilə ölüm arasındakı müddətin son dərəcə qısa olduğu açıqlanıb.