Nazirlikdən xəbərdarlıq: bunları uşaqlarınıza almayın!

Türkiyə Ticarət Nazirliyi 4 uşaq məhsulunu sağlamlığa zərərli olduğu üçün bazardan geri çağırmaq qərarına gəlib.
TNS Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən məhsullar aşağıdakılardır:
“Sonöz Bebe” markalı 8-9 yaşlı qız paltarı uşaq geyimində istifadə edilən iplər kriteriyasına cavab vermədiyi üçün boğulma və yaralanma riski yaradır.
“Baby Body” markalı 0-3 yaş arası körpə geyimlərinin metal düymələri kiçik hissələrə ayrılması səbəbindən körpələrdə boğulma və yaralanmaya səbəb ola bilər.
“Hippil Baby” brendinin qız uşaqları üçün geyim dəstindəki dekorativ iplər və həmin iplərin ucundakı 3D bəzəkləri zədə riskini artırır.
“Özkaya Plastik” markalı su tapançasının qablaşdırma qalınlığının təhlükəsiz həddin altında olması uşaqlarda boğulma riski yaradır.
Adıçəkilən məhsulların bazara çıxarılmasının qadağan edilməsi və geri çağırılması barədə qərar qəbul edilib.