Close

Çobanyastığı 39 yaşlı kişini az qala kor edəcəkdi

Qazaxıstanda özbaşına burun axmasını şəfalı bitkilərlə müalicə etməyə çalışan şəxs az qala gözünü itiricəkdi.

TNS xəbər verir ki, bu barədə “YK-news” məlumat yayıb.

39 yaşlı kişi tənəffüs problemi, yüksək hərarət, sol gözün şişməsi və qəfil görmə itkisi şikayətləri ilə xəstəxanaya müraciət edib.

Məlum olub ki, xəstə bir ay ərzində xalq təbabətilə kəskin respirator virus infeksiyasını müalicə etməyə çalışıb.

“Çobanyastığı dəmləməsi ilə burnumu yaxaladım, biyan kökü qəbul etdim. Bir həftə sonra işlər yaxşılaşdı və burun axıntısı dayandı. Xəstəxanaya yalnız gözümdə şiddətli ağrı olanda və görməmi itirində getdim”,- xəstə bildirib.

Həkimlər 29 yaşlı kişinin burnunda şiş aşkar ediblər və  təcili əməliyyat edərək onun nəfəs almasına və görmə qabiliyyətinə mane olan kütləni çıxarıblar. Bir gün sonra xəstənin görmə qabiliyyəti bərpa olunmağa başlayıb.