Close

22:20
21 Fevral 2025
21:30
21 Fevral 2025

Dünyada hər il bu qədər uşağa xərçəng diaqnozu qoyulur

Dünyada hər il 400 min uşaq və yeniyetməyə xərçəng diaqnozu qoyulur. Orta hesabla bu, 20 təyyarə dolusu uşaq deməkdir.

TNS xəbər verir ki, bunu Ümumdünya Xərçənglə Mübarizə Təşkilatının prezidenti, professor Tezer Kutluk deyib.

Professorun sözlərinə görə, uşaq xərçəngləri böyüklərdəki xərçənglərdən fərqli olaraq daha çox genetik səbəblərdən qaynaqlanır.

”Uşaqlıq çağı xərçənglərinin üçdə birini leykemiya təşkil edir. Bütün şişlərin 20%-ni təşkil edən beyin və sinir sistemi şişləri ikinci sıradadır. Lenfomalar 12% ilə üçüncüdür. Digər geniş yayılmış şişlər isə nöroblastoma (simpatik şiş, göz şişləri, sinir sistemi) və qaraciyər şişləridir”,- Tezer Kutluk bildirib.

Professor qeyd edib ki, uşaqlıq dövrü xərçənginin nisbəti böyüklərdəki qədər yüksək olmasa da, hər 10 ildən bir yüzdə 1 artım olur.