Qabları yuyarkən bunu etməsəniz, xərçəng ola bilərsiniz...
![](/upload/files/up4/Xeberler/saglamliq/2025/02/qab.jpg)
Demək olar ki, qabyuyan vasitələrdən hər kəs istifadə edir.
Xüsusilə, evdar xanımların köməkçisi sayılan qabyuyan vasitələrin xərçəngə səbəb olduğu bildirilir.
Bu iddia nə qədər doğrudur?
TNS xarici KİV-də bu barədə yayımlanan materialı təqdim edir.
Materialda qeyd olunur ki, əslində, yuyucu vasitələrin tərkibində lipofilik, hidrofilik, amfifilik maddələr var. Bu xüsusi tərkib hissəsinə görə yağlı, çirkli qabları tam təmizlənir.
Amma yuyucu vasitə təmizləndikdən sonra qabların səthində qala bilər. Üstəlik, bu qalıq səthi aktiv maddələri çıxarmaq asan deyil. Qalıqların sağlamlığa təhlükə törədib-törətmədiyini yoxlamaq üçün heyvanlar üzərində bir sıra təcrübələr aparılıb.
Təcrübədə zədə və ölümə səbəb olan doza 1000-2000 mq/kq, normal şəraitdə isə insanların gündəlik qəbul edə biləcəyi təhlükəsiz doza 0,3-3 mq təşkil edir.
Bundan əlavə, 2 həftədən 4 ilə qədər hər yerdə gündəlik 1000 ~ 10000 mq səthi aktiv maddə istehlak edən bir qrup könüllü ilə təcrübədən sonra onların orqanizmində heç bir narahatlığa rast gəlinməyib.
Təcrübənin sonunda məlum olub ki, yuyucu vasitənin normal istifadəsi xərçəngə səbəb ola bilməz.
Lakin qabları bol su ilə yumaq, quruladıqdan sonra birbaşa rəflərə yığmamaq məsləhət görülür. Yuyulan qablar bir müddət havada qalmalı və daha sonra rəflərə yığılmalıdır.
Zarufa