Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

Heyvandan insana keçən yeni ölümcül virus aşkarlandı – Pandemiya təhlükəsi...

Alimlər Şimali Amerikanın Alabama ştatında yeni virus aşkarladıqlarını açıqlayıblar. Bildirilib ki, bu, materikdə aşkarlanan ilk henipavirusdur.

TNS xəbər verir ki, bu, hendra və nipah viruslarının özəlliklərini daşıyır. Hər iki virus insanlarda və heyvanlarda ağır xəstəliklərə, ölümə səbəb olur.

İlk dəfə Avstraliyanın Brisben şəhərində aşkarlanan hendra virusu və Cənub-Şərqi Asiyada, xüsusilə Malayziya və Banqladeşdə baş verən epidemiyalarda 40-75 faiz ölümə səbəb olan nipah virusu henipavirusların insanlar üçün yaratdığı böyük təhlükənin göstəricisidir.

Alimlər açıqlayıb ki, virus Kanada və ABŞ-də geniş yayılmış şimal qısaquyruqlu siçanlarda tapılıb.

Onlar bu virusun insanlar üçün təhlükə törətdiyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər.

Henipavirusların insanlara ötürülməsinə misal olaraq Çindəki langya virusu göstərilir. Bu virus siçanlardan insanlara keçib. Yəni, yeni virusun siçanlardan insanlara keçməsi mümkündür.

Tədqiqatçılar bu virus ailəsi üçün peyvəndlərin hazırlanmasının araşdırmaçıların diqqət mərkəzində olduğunu bildirib. Onlar qeyd ediblər ki, bu tədqiqatda növbəti addım virusun hüceyrəyə daxil olmasında iştirak edən əsas səth zülallarını xarakterizə etmək olacaq. Bu, virus ailəsi haqqında daha çox məlumat əldə etməyə və qorunma üsullarını təkmilləşdirməyə imkan verəcək.

Aygün