Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

Maqnit qasırğasından necə qorunaq? - Bu xəstəliyi olanlar...

Maqnit qasırğaları orqanizmin funksiyalarına ciddi təsir edə bilən təbii proseslərdən biridir. Bu təbiət hadisəsi meteohəssas insanların səhhətinə neqativ təsir edə bilər. Tibb mütəxəssisləri maqnit qasırğaları vaxtı bəzi simptomları azaltmaq üçün dincəlməyi və orqanizmi stressə salmamağı tövsiyə edir.

Maqnit qasırğaları orqanizmin hansı funksiyalarına daha çox təsir edir?

Məsələ ilə bağlı TNS-ə danışan invaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov bildirib ki, maqnit qasırğaları daha çox ürək-damar sistemi xəstəliklərində və təzyiq problemlərində neqativ təsirini göstərir.

Mütəxəssis bildirib ki, maqnit dalğaların yayılması zamanı orqanizm ümumi stressə girir və adaptasiya, pre-adaptasiya prosesləri pozulur: "Maqnit qasırğaları zamanı ən xırda informasiya yükü orqanizm üçün travmatik təsir göstərə bilir. Eyni zamanda beynin tənzimləmə mexanizmləri ləng işləyir. Bu da təbii ki, insanın ümumi yorğunluğuna və halsızlığına gətirib çıxarır. Ürək-damar sistemi xəstəliklərində təzyiqin, ürəkdöyünmənin, halsızlığın artması və s. ilə özünü büruzə verə bilir. Bu baxımdan belə situasiyalarda insanlara daha çox dincəlməyi, evdə qalmağı, mümkün qədər istirahət etməyi məsləhət bilirlər. Çünki bu qasırğaya uyğunlaşma prosesi orqanizmdən əlavə bir enerji sərf edir".

Ayşən Azadova