Close

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsin durumu açıqlandı

Xəbər verdiyimiz kimi, 2-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edən Azərbaycan vətəndaşında meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb.

Hazırda virus aşkarlanan şəxsin vəziyyəti nə yerdədir?

TNS sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, virusa yoluxan şəxs hazırda həkimlərin müşahidəsi altındadır.

"Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.

Ayşən Azadova