Close

Yeni virus yayıldı - “Mədə qripi”nə yoluxanlar...

ABŞ-də xalq arasında "qış qusma xəstəliyi" və ya "mədə qripi" kimi tanınan norovirusa yoluxma hallarında qeyri-adi artım baş verib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, cəmi bir həftə ərzində 91 norovirus hadisəsi qeydə alınıb. Bu rəqəm 2020-ci ilin eyni dövründə cəmi 2 olub.

Norovirus nədir?

TNS xəbər verir ki, norovirus qriplə əlaqəsi olmayan bir virusdur. Mədə-bağırsaq infeksiyalarına səbəb olur, qusma, ishal, mədə ağrısı və temperatur kimi simptomlara səbəb olur. Adətən 1-3 gün davam edən bu xəstəlik xüsusilə qış aylarında daha da artır.

Xəstəlik yoluxmuş insanlarla birbaşa təmas zamanı başqalarına keçir. Bununla belə, xarab olmuş qida və ya içkilər də virus daşıya bilər. Virus aşağı temperaturlara davamlı olduğundan qış aylarında daha çox rast gəlinir.

Yoluxmuş şəxs simptomlar görünməzdən bir neçə saat əvvəl yoluxdurucu olur və bu hal sağaldıqdan sonra həftələrlə davam edə bilir.