Close

TƏBİB mediadan daxil olan sorğuların neçə faizini cavabsız qoyub?

Bu il müxtəlif media subyektlərindən TƏBİB-ə ümumilikdə 2 342 sorğu daxil olub.

TNS xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Media nümayəndələri üçün tibbi savadlılıq" təlimində deyib.

O bildirib ki, onlardan 2 277-si (97,2%-i) cavablandırılıb: "Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. Ötən müddət ərzində göndərilən sorğuların 65-i (2,8%-i) TƏBİB-in səlahiyyətlərinə aid olmayan sorğulardır. Məsələn, həmin istiqamətdə olan sorğuları diqqətinizə çatdırmaq istəyirəm. Apteklərin fəaliyyəti, reseptlərə yazılan qida əlavələri, estetik və plastik cərrahların qanunsuz fəaliyyəti, ölkə üzrə epidemioloji vəziyyət, evdə ölüm hallarının səbəbləri, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrində baş verən hadisələrlə bağlı ünvanladığınız suallar bu qəbildəndir".