Close

Azərbaycanda 322 mindən çox şəkərli diabet xəstəsi var

Hazırda şəkərli diabet xəstələrinin vahid elektron portalında qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

V.Qurbanov əlavə edib ki, şəkərli diabet xəstələri zəruri preparatlarla təmin olunur.

O qeyd edib ki, B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya tərəfindən, bu ilin dekabrın əvvəlinə olan məlumatlara əsasən, 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.