Close

Təcili tibbi yardımın iş prosesində dəyişiklik olacaq

Gələn il Azərbaycanda Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılmasına başlanacaq.

TNS-in məlumatına görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, bu məsələ əsas prioritetlərdəndəndir: "Bu sahədə artıq kifayət qədər işlər görülüb. Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır".