Close

Bakıda uşaqlara bu imkan yaradılır, rayonlarda isə...- RƏSMİ

Dünyanın əksər ölkəsində 18 yaşınadək 1-ci tip şəkərli diabet xəstəsi olan uşaqlarda qlükoza miqdarını təyin etmək üçün barmaq ucunun deşilməsi üsulunun tətbiqi aradan qaldırılır.

Bu üsulun yerinə qan şəkərinin davamlı monitorinqinə imkan verən “sensor qlükoza monitorinq cihazları” tətbiq olunur.

Məlumdur ki, diabet xəstələri şəkər ölçən qlükometr cihazından istifadə edir. Qlükometr cihazı vasitəsilə qanda şəkəri ölçmək üçün gündə 4-7 dəfə uşağın barmağından qan alınır ki, bu da onlarda iynə fobiyası yaradır və ortaya ciddi çətinliklər çıxır. Bir müddət əvvəl Azərbaycanda da uşaqların bu cihazlarla təmin oluncağı açıqlanmışdı.

Hazırda vəziyyət necədir?

Mövzu ilə bağlı TNS-in sorğusuna TƏBİB-dən cavab verilib.

Bildirilib ki, Azərbaycanda şəkərli diabet tip 1 diaqnozu ilə qeydiyyatda olan uşaqların 1300-ə qədəri Respublika Endokrinoloji Mərkəzdə (REM) qeydiyyatdadır: “2024-cü ilin iyun ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in "İnnovasiya və Təchizat Mərkəzi" tərəfindən REM-də qeydiyyatda olan 18 yaşdan kiçik şəxslər üçün davamlı qlükoza monitorinq cihazlarının təmin edilməsinə başlanılıb. Bu təminatın 9 ay müddətində davam etməsi planlaşdırılır”.

Məlumatda vurğulanıb ki, hazırda sensorlu qlükoza izləmə cihazları 4-16 yaş aralığında olan və REM-də qeydiyyatda olan uşaqlara təqdim edilir. Növbəti ildən etibarən isə bu cihazlarla rayon qeydiyyatında olan xəstələrin də təmin olunması nəzərdə tutulur.

Aygün