Close

Yüzlərlə ölümcül virus oğurlandı – Dünya növbəti pandemiya ilə üz-üzədir

Avstraliyada laboratoriyadan yüzlərlə təhlükəli virus nümunəsi yoxa çıxıb.

Ölümcül virusların oğurlanması yenidən dünyada pandemiyaya səbəb ola bilərmi? Planetimizi hansı təhlükələr gözləyir?

İnvaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov TNS-ə açıqlamasında bildirib ki, bu oğurluq bir neçə məqsədlər üçün edilə bilər.

O qeyd edib ki, hadisəni dünya üçün təhlükə yaratmaq istəyən güclərin hansısa maraqları üçün törətdiyini demək mümkündür: “Bu hadisə hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırıldıqdan sonra həqiqət ortaya çıxacaq. Hər bir halda laboratoriyadan belə təhlükəli virusların yoxa çıxması narahatedici məsələdir. Bu hadisə məqsədyönlü şəkildə də həyata keçirilə bilər, virusların nə olduğunu bilməyən insanlar tərəfindən də. Hər iki halda virusların oğurlanması insanların kütləvi şəkildə  yoluxdurulması, epidemiyalar və pandemiyalarla nəticələnə bilər. Bu gün dünyada nə qədər araşdırma və faydalı istiqamətdə kəşflər aparılsa da, insanlıq üçün təhlükəsizlik qaydalarına yetərli şəkildə əməl olunmaz, oğurlanan viruslar uyğun olmayan adamların, təhlükəli qrupların əlinə düşərsə böyük faciələrin ortaya çıxması qaçılmazdır. Hər halda araşdırmaları gözləyək və ümid edək ki, bu hadisə dünya üçün heç bir təhlükə yaratmayacaq”.

Ayşən Azadova