Close

Xəstəxanalar onlayn növbə sisteminə keçdi - RƏSMİ

Artıq Bakı şəhərində və regionlarda olan bir çox xəstəxanamız onlayn növbə sisteminə keçib.

TNS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbanov deyib.

"İlk olaraq bu layihəyə Yeni Klinikada başlanılmışdı. Hədəfimiz odur ki, çox qısa müddətdə bütün ölkə üzrə onlayn növbələrə başlayaq. Vətəndaş əvvəlcədən növbəyə yazılmaqla həkim qəbullarına düşə bilsin. Artıq növbə sistemləri qurulur. Vətəndaş xəstəxanaya müraciət etdikdə elektron növbəni əldə edə bilir".