Close

İdman etmək bu viruslardan qoruyur

Özünüzü virus infeksiyalarından qorumaq üçün idman etməyi unutmayın”.

TNS xəbər verir ki, bunu Türkiyənin İzmir Katip Çələbi Universitetinin Tibb fakültəsi kafedra müdiri, professor Tuna Demirdal deyib.

Qış mövsümünün başlaması ilə əlaqədar viral infeksiyaların, xüsusilə də yuxarı tənəffüs yolu infeksiyalarının artdığını deyən professor virusa yoluxan şəxslərin qapalı yerlərdə digər insanlar üçün risk yaratmaması üçün maska taxmasının vacib olduğunu vurğulayıb: “Mümkün qədər bütün tərəvəz və meyvələrdən faydalanmaq və balanslı və təbii qidalanmaya riayət etmək vacibdir. Müntəzəm idman immuniteti gücləndirir. Qışda virus infeksiyalarından qorunmaq üçün idman etmək vacibdir. Ən azı sürətlə, gündə 20-45 dəqiqə gəzin. Bol su için. Xəstələnməmək və ya sağalmaq üçün vitamin qəbul etmək lazım deyil, çox vitamin də zərərli ola bilər. Təsadüfi əlavələr qəbul edilməməlidir. İstirahət qripdən daha tez sağalmağa kömək edir. Lazımsız yerə antibiotik qəbuluna ehtiyac yoxdur. Dərman istifadəsi gərəksiz istehlaka, xərcə və zərərə səbəb olur. Eyni zamanda, dərmanadavamlı  bakteriyaların ortaya çıxmasına səbəb olur”.