Close

Azərbaycanda “yeni tapılan xəstəlik” əslində nədir?

"Azərbaycanda yeni xəstəlik tapılıb", "müalicəsi yoxdur" və s.

Son günlər mətbuatda bu cür və ya buna bənzər başlıqlarla yazılar yer alır. Amma haqqında bəhs olunan fenilketonuriya yeni xəstəlik deyil, illərdir var.

TNS xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, haqqında danışlan fenilketonuriya irsi xəstəlikdir və uşaqlarda əqli gerilik, ağır hallarda epileptik tutmalar, geridönməyən koqnitiv pozğunluqlar müşahidə olunur: “Xəstəlik vaxtında aşkar olunduqda proqressivləşməsinin qarşısını almaq olur. Bunun üçün uşaq  doğulandan sonra "daban testi" aparılmalıdır. Özəl tibb müəssisələrində bu skrininq aparılır. Dövlət klinikalarında bu testin aparılmasını, həm də cavabını tələb etmək lazımdır”.