Təsiri 24 çəkən, heç bir əks göstəricisi olmayan ağrıkəsici
Yaponiyanın Kindai Universitetinin alimləri ağrıların idarə edilməsində çox ciddi bir kəşf ediblər.
Hüceyrə yapışma molekulu 1-i (CADM1) hədəf alan yeni antikor olan 3E1 yan təsirləri olmayan və uzun müddətli ağrı kəsici olması ilə diqqət çəkib.
TNS xəbər verir ki, 3E1 antikoru sinir hüceyrələrinin səthində tapılan CADM1 zülalını hədəf alaraq yalnız həssas sinirlərə təsir göstərir.
Tədqiqat qrupu bu antikorun ağrı siqnallarını ötürən sinirlərin fəaliyyətini yatıra biləcəyini ortaya qoyub.
Tədqiqat çərçivəsində siçanların dərisinə 3E1 antikoru yeridilib və antikorun yalnız dəri altındakı hiss sinirlərində lokallaşdırıldığı müşahidə edilib.
Kimyəvi qaynaqlı ağrı testlərində, 3E1 tətbiq olunan siçanların ağrı ilə əlaqəli davranışlarının nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Təsirlər 24 saata qədər davam edib.
Araşdırma qrupunun fikrincə, 3E1-in ən mühüm üstünlüklərindən biri onun motor sinirlərə heç bir mənfi təsirinin olmamasıdır.
Siçanlar üzərində aparılan təcrübələrdə antikorun iflic və ya davranış anomaliyasına səbəb olmadığı, sadəcə ağrı hisslərini sıxışdırdığı ortaya çıxıb.
Qeyd olunub ki, son illərdə osteoartrit və xroniki ağrıları müalicə etmək üçün hazırlanmış antikor əsaslı dərmanlar ciddi yan təsirlərə görə məhdud müvəffəqiyyət əldə edib. Ancaq 3E1 motor sinirlərinə təsir etmədən və zəhərli təsirlər yaratmadan təhlükəsiz alternativ təklif edir.
Tədqiqatçılar, antikorun insanlarda istifadəyə uyğun olması üçün daha uzunmüddətli təsir göstərən versiyaları üzərində işlədiklərini bildirib. Bu yeni dərman xroniki, eləcə də digər ağrılar üçün ümid vəd edir.