Close

Bu hallarda ilkin tibbi yardım müqaviləsiz həyata keçirilir

“Digər müqavilələrdən fərqli olaraq, tibbi xidmət müqaviləsi bəzən təcili şəkildə də bağlana bilir”.

TNS xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.

Onun sözlərinə görə, əgər xəstənin vəziyyəti olduqca ağırdır, dərhal tibbi müdaxilə aparılmalıdır, lakin xəstənin huşu özündə deyil, bu zaman xəstəyə tibbi xidmət göstərilməsi üçün onun yerinə imza edəcək səlahiyyətli bir şəxsi gözləmək daha ağır fəsadların baş verməsinə səbəb ola bilər: “Bu kimi hallarda ilkin tibbi yardım müqaviləsiz həyata keçirilməlidir. Əgər həyati göstəriş mövcuddursa da müqavilə olmadan da, razılıqlar alınmadan da tibbi xidmət göstərilə bilər. Bu kimi hallarda yaxşı olardı ki, yaxın qohumuna tibbi xidmət müqavilə imzaladılsın. Digər bütün hallarda isə müqaviləni səlahiyyətli şəxsin imzalanması mütləqdir. Əks təqdirdə baş verə biləcək mübahisələrdə klinika özünü müdafiə edə bilməyəcək”.