Elektron siqaretlərin ən təhlükəli növü açıqlandı
Kanadada aparılan araşdırmaya görə, meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən qoxulu olanların ağciyərlərə daha çox zərərli təsir göstərdiyi müəyyənləşib.
TNS xəbər verir ki, araşdırma meyvə ləzzətlərinin ağciyərlərin təbii müdafiəsini zəiflətdiyini və bədənin zərərli mikrobların qarşısını almasını çətinləşdirdiyini ortaya çıxarıb.
Araşdırmalara görə, meyvə ətirli elektron siqaretlərin tərkibindəki kimyəvi komponentlər ağciyər hüceyrələrində müdafiə yollarını bağlayır.
Bu vəziyyət orqanizmin zərərli mikroblara qarşı müdafiəsini zəiflədir və xüsusilə ağciyərlərdə immun hüceyrələrinin hərəkətlərini dəyişir.
Tədqiqatda siçanlar üzərində aparılan testlər böyürtkən dadlı buxarların alveolyar makrofaqları (ağciyər immun hüceyrələri) iflic etdiyini və onların bakteriyalara qarşı müdafiəsinə mane olduğunu göstərib.
Bu, siçanlarda sağ qalma müddətinin azalmasına səbəb olub. Tədqiqatçılar hansı kimyəvi komponentlərin bu zərərli təsirlərə səbəb olduğunu müəyyən etmək üçün işlərini davam etdirirlər.