Close

Alimlərdən xəbərdarlıq: vitaminlər ömrü qısaldır

ABŞ Milli Sağlamlıq İnstitutu multivitamin əlavələrinin gözlənilən ömür uzunluğuna təsir göstərdiyini açıqlayıb.

Multivitaminlərin orqanizmə təsiri barədə TNS-ə açıqlama verən həkim Rasif Bağırov bildirib ki, vitaminlər, bioaktiv əlavələr orqanizmə müəyyən miqdarda, yəni norma daxilində verilməlidir.

O qeyd edib ki, vitamin normadan artıq olsa, insan ömrünü qısalda, hətta bu ölümə də səbəb ola bilər: “Vitaminlərlə bioaktivləri qarışdırmaq olmaz, onlar tam fərqli anlayışlardır. Vitaminlər norma daxilində qəbul edilməlidir. Bədəndə çatışmayan vitamin normal səviyyəyə çatdıqda qəbulu dayandırılmalıdır. Çünki normadan artıq vitamin mütləq bədənə toksik təsir göstərəcək”.

Rasif Bağırovun sözlərinə, bioaktiv əlavələr dedikdə orqanizmə lazım olan mineralların və ya aktivləşdirilməmiş vitamin komplekslərinin bədənə çatdırılması nəzərdə tutulur ki, bunlar da qida vasitəsidir: “Yəni bioaktiv əlavələr aktiv molekullar deyil ki, insan orqanizmində ciddi şəkildə müəyyən səviyyəni qaldırsın və yaxud hansısa proseslərə səbəb olsun. İnsanlar tərəfindən norma daxilində vitamin və minerallar istifadə edilsə, orqanizmə heç bir ziyanı olmaz”.

Ayşən Azadova