Close

Səhiyyə Nazirliyindən çağırış: peyvənd olunun!

Əhali arasında yüksək temperatur, davamlı qusma və əzələ ağrıları ilə özünü göstərən xəstəlik müşahidə olunur.

Məktəb yaşlı uşaqlar arasında da yayılan xəstəlik hansı virusların təsirindən yarana bilir?

Mövzu ilə bağlı TNS-sorğusunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb.

O bildirib ki, ilboyu müxtəlif infeksion xəstəliklərə rast gəlinir: “Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir. Bunlara səbəb əsasən müxtəlif virus infeksiyalarıdır. Kəskin respirator virus infeksiyalarından adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir, eyni zamanda hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan rotavirus, hava-damcı və  təmas ilə daha çox yayılan enterovirusları da yaddan çıxarmaq olmaz. Bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətdə sağalır”.

Mütəxəssis vurğulayıb ki, bu hallardan özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli və əl gigiyenası qaydalarına əməl etməliyik.

Təyyar Eyvazov qripə qarşı həssas əhali qruplarının peyvəd olunmasını tövsiyə edib.

Aygün