Dubay şokoladı nə üçün təhlükələdir?
Son zamanlar sosial şəbəkələrdə qeyri-adi dadı və teksturası ilə diqqət çəkən Dubay şokoladı adlanan desert populyarlıq qazanıb.
Bu şokoladın sağlamlıq üçün təhlükəli olduğu iddia edilir.
Doğrudanmı Dubay şokoladı insan orqanizmi üçün zərərlidir?
Dietoloq Tutu Zeynalova mövzu ilə bağlı TNS-ə bildirib ki, əslində bütün şəkərli qidaların sağlamlığa müyyən qədər mənfi təsiri var.
Onun sözlərinə görə, şəkərli qidaların qəbulunu minimuma endirmək lazımdır: "Dubay şokoladı adlanan desertin tərkibində digər şokoladlarda olmayan tahin (küncüt əzməsi-red.) var. Küncüt kalsium, maqnezium və digər vitaminlərlə, minerallarla zəngindir. Bu şokalad tərkib baxımından digərlərindən daha üstündür. Amma təbii ki, şəkəri yüksək olduğu üçün çox yeyilməsi arzuolunan deyil”.
Ayşən Azadova