Close

Vitamin qəbulu zamanı ən təhlükəli SƏHV

Həkimlər vitamin qəbulu zamanı ən təhlükəli səhvi açıqlayıblar.

TNS gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Birinci kanalı”nda yayımlanan "Sağlam yaşa!" verilişində bildirilib.

İmmunoloq Andrey Prodeus D vitamininin digər vitaminlərlə birlikdə qəbul edilməsini yanlış fikir adlandırıb.

Prodeus xüsusilə kardioloqların D vitamininə kalsium əlavə etməyin əleyhinə olduqlarını qeyd edib. Çünki K vitamini qanın laxtalanmasına səbəb olur.