Close

Şəkər xəstələri üçün faydalı tərəvəz

Dünyada milyonlarla insan 2-ci tip diabetlə yaşayır, bu xəstəlik qanda şəkərin səviyyəsinin dəyişməsi ilə xarakterizə olunur və müalicə edilmədikdə bədənə zərər verir.

İnsulin qanımızdakı əsas şəkər növü olan qan şəkərini tənzimləmək üçün vacibdir. Bu tənzimləmə olmadan qan şəkərinin səviyyəsi təhlükəli həddə çata bilər.

TNS “Surrey Live”ə istinadən xəbər verir ki, alimlərin yeni araşdırmasına görə, soğan şəkərli diabetdə qan şəkərini tənzimləyən əsas tərəvəzlərdən biridir.

San Dieqoda Endokrin Cəmiyyətinin 97-ci İllik Yığıncağında təqdim edilən bir araşdırmada sübut olunub ki,  soğan ekstraktı diabetə qarşı dərman metformin ilə birlikdə qəbul edildikdə diabetli siçovullarda yüksək qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb.

Tədqiqat zamanı normal qan şəkəri səviyyəsinə malik bir  qrup qeyri-diabetli siçovullara həm metformin, həm də soğan ekstraktı verilib. İki qrupa isə ( biri şəkərli diabeti olmayan və  digəri diabetli heyvanlara) nə metformin, nə də soğan ekstraktı verilməyib.

Sonuncu qrup (biri diabetli, digəri diabetsiz) isə yalnız metformin qəbul edib. Hər qrup beş siçovuldan ibarət olub.

400 mq və 600 mq dozada soğan ekstraktı qəbul edən diabetli gəmiricilərdə qan şəkərinin səviyyəsi müvafiq olaraq 35 və 50 faiz azalıb.