Close

Orqan nəqli ilə bağlı növbə gözləyənlərin sayı AÇIQLANDI

Hazırda ölkəmizdə orqan transplantasiyası ilə bağlı növbədə gözləyən 644 xəstə var.

Bu barədə TNS-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində  “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ndən məlumat verilib. 

Bildirilib ki, onlardan 114-ü qaraciyər, 106-sı böyrək, 424-ü sümük iliyi, 44-ü buynuz qişa xəstəliyi ilə bağlıdır.

Qeyd olunub ki, orqan nəqlinə ehtiyacı olanlar arasında böyrək xəstəliyindən əziyyət çəkənlər daha çoxdur.

“2024-cü ilin ötən müddəti ərzində 246 orqan nəqli əməliyyatı həyata keçirilib. Onlardan 58-i qaraciyər, 101-i böyrək, 23-ü sümük iliyi, 64-ü isə buynuz qişa əməliyyatı olub”, - deyə məlumatda vurğulanıb.

Aygün