Vəfat edən şəxslərin orqanlarının bağışlanmasına nə mane olur?
Dünyada orqan transplantasiyası geniş yayılıb. Canlı donorla yanaşı, vəfat etmiş şəxslərin orqanlarının da pasiyentlərə köçürülməsi ilə bağlı bir çox ölkədə qanun qəbul edilib.
Ölkəmizdə vəfat etmiş şəxslərin orqanlarının bağışlanması ilə bağlı məsələ nə yerdədir?
İnvaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov TNS-ə deyib ki, donorluq məsələsi hazırda çox aktualdır.
O qeyd edib ki, vəfat etmiş şəxsin orqanları vaxtında götürüləndə digər insanların həyatını xilas etmək üçün istifadəyə yaralı olur: “Donorluq məsələsi digər aspektlərdən də çox önəmlidir. Son zamanlar donor məsələsi ölkəmizdə də davamlı şəkildə müzakirə olunur. Səhiyyə Nazirliyinin nəzdində donorlar ilə çalışan ayrıca mərkəz var və bu istiqamətdə praktik işlər görülür”.
Mütəxəssis vurğulayıb ki, donorluq məsələsi ilə bağlı müəyyən çatışmayan detallar var. Bunlardan ən vacibi insanların yetərli qədər maarifləndirilməməsidir: “İnsanların həyatını itirərkən yaxınları onların orqanlarının götürülməsinə isti baxmırlar. Bu mental xüsusiyyətlərdən və məlumatsızlıqdan irəli gəlir. İnsanlar maarifləndirmək lazımdır ki, onlar dünyasını zaman orqanları başqalarının həyatını qutaracaq.
Orqanların bağışlanmasına fərdlə yanaşı, ailə üzvləri də razılıq verməlidir.
Təbliğat aparılmalıdır ki, bəzən insanların ölümünə donor çatışmazlığı səbəb olur. Orqan transplantasiyası üçün müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda da nə qədər insan növbə gözləyir.
Canlı insanlar da donor ola bilir. Amma sağ adamdan tək orqanını götürmək mümkün deyil".
Ayşən Azadova