Close

Sağlam həyat üçün nə qədər duz istifadə etməliyik?

Duz yeməyi daha dadlı edir, insan həyatı üçün də çox önəmlidir. Duzdakı natrium bədəndə adekvat su səviyyəsini saxlamaq üçün vacibdir O, həmçinin hüceyrələrin qida maddələrini mənimsəməsinə kömək edir.

TNS xəbər verir ki, ABŞ-nin Rutgers Universitetinin qidalanma elmləri professoru Paul Breslinin fikrincə duz həyat üçün vacibdir:

"Duz xüsusilə elektriklə aktiv olan hüceyrələr üçün vacibdir. Bunlara neyronlar, beynimiz, onurğa beyni və bütün əzələlərimiz daxildir. O, həmçinin dəri və sümüklərdə də vacib bir maddədir".

Professor Breslin deyir ki, kifayət qədər natrium qəbul etməsək, öləcəyik.

Natrium çatışmazlığı zehni çaşqınlıq, əsəbilik, zəifləmiş reflekslər, qusma, iflic və komaya səbəb ola bilən hiponatremiyə səbəb olur.

64de4b8d72ecb202308233213

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə beş qram duz istehlak etməyi tövsiyə edir, bunun iki qramı natriumdur. Bu miqdar təxminən bir çay qaşığıdır. Ancaq dünyada orta hesabla gündəlik duz istehlakı demək olar ki, 11 qramdır. Bu, ürək xəstəlikləri, mədə xərçəngi, piylənmə, osteoporoz (sümük itkisi) və böyrək xəstəlikləri riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 1,89 milyon insan həddindən artıq duz istehlakı səbəbindən ölür.

Dünyada duz istehlakı üzrə "çempion" Qazaxıstandır.

Bir çox ölkələrdə duzun həddindən artıq istifadə edilməsinin səbəbi işlənmiş qidalarda duzun gizli miqdarıdır.

57876890-810b-11ef-911d-e971c8490000

Bununla belə, tarixi səbəblər də ola bilər. Qazaxıstanda insanlar gündə təxminən 17 qram duz istehlak edirlər ki, bu da tövsiyə ediləndən üç dəfə çoxdur. Qazaxıstanın paytaxtı Astanada yaşayan Məryəm bunu ənənələrlə əlaqələndirir.

"Əsrlər boyu çöllərdə gəzdik, duzlayıb özümüzlə çoxlu ət daşımalı olduq. Ailələr qışa hazırlaşardılar. Bir bütöv inəyi, bir qoyunu və ya atın yarısını duzlayıb qoruyurdular",- Məryəm bildirib.

Səkkiz il əvvəl Məryəmin qızının səhhətində müəyyən problemlər yarananda həkimi şəkərli, yağlı və duzlu qidaları məhdudlaşdırmağı tövsiyə edib. Ailə yeməklərindəki duzu dərhal kəsib.

"Ertəsi gün yeni pəhrizə keçəndə bu iyrənc idi. Yeməyi yeyirdik, amma dad ala bilmirdik ", - qadın duzsuz həyatı belə təsvir edib.

Bədən duza necə reaksiya verir?

Duz yediyimiz zaman dilimizdəki dad toxumaları və boğazımızdakı yumşaq toxumalar onu müəyyən edir.

Professor Breslin deyir ki, duz bədənimizi və zehnimizi elektrikləşdirir:

"Duz kristallarını meydana gətirən natrium ionları tüpürcəkdə həll olunur. Bu ionlar daha sonra dad toxumasının hüceyrələrinə daxil olur və birbaşa hüceyrəni stimullaşdırır, bu isə kiçik elektrik qığılcımını yaradır. Duz düşüncə və hislərimizin əsasını təşkil edən elektrik siqnallarını ötürür. Beləliklə, bədənimiz və zehnimiz canlanır”.

Hddindn-artiq-duz-istifadesinin-zrrlri

Hansı miqdar çox hesab olunur?

Duz miqdarının bədənə dəqiq təsiri fərdin genetik quruluşundan asılıdır. Dünyada bir milyarddan çox insan yüksək qan təzyiqindən əziyyət çəkir. Duz istehlakının azaldılması bu problemin qarşısını ala və müalicə edə bilər.

Avstraliyanın Nyukasl Universitetində qidalanma və pəhriz mütəxəssisi professor Kler Kollinz belə izah edir: “Vücudda çox duz olduqda, bədənin ilk işi su toplamaqdır və bu əlavə mayeni dövr etdirərkən qan təzyiqi artır”.

Tövsiyə olunan gündəlik duz istehlakı ölkədən ölkəyə dəyişir. Məsələn, İngiltərədə orta gündəlik duz istehlakı səkkiz qrama endirilib. Bu miqdar belə tövsiyə olunandan çoxdur. Qida istehsalçılarını duz səviyyəsini azaltmağa məcbur edən qaydalar bu azalmada təsirli olub.