Close

Uşaqlarınız ət yemirsə…

Uşaqların ət yeməməsi onlarda dəmir çatışmazlığına səbəb ola bilər.

Bunu TNS-ə pediatr Günay Rəsulova bildirib.

Pediatr qeyd edib ki, ət çox faydalı protein qaynağıdır.

Onun sözlərinə görə, azyaşlılarda 1 sutkalıq protein ehtiyacını ət vasitəsi ilə ödəmək olar: "Bundan başqa, qırmızı ətin tərkibindəki "B12" vitamin kompleksivar. Vegeterianlarda, ümumiyyətlə ət və ət məhsulu qəbul etməyən insanlarda zamanla müxtəlif vitamin çatışmazlıqları yaranır. Ət və ət məhsulları uşaqlarda metobolizm sistemi, boy artımı, fiziki-zehni inkişaf üçün vacibdir. Uşaqlar ən az həftədə üç dəfə ətlə qidalanmalıdır. Uşaqlara ət məhsulları növbəli şəkildə verilməlidir: bir gün balıq, sonra toyuq, daha sonra qırmızı ət (inək, qoyun, keçi və s. əti)".

Ayşən Azadova