Hər 10 min nəfərə cəmi 33 həkim düşür
Bu gün ölkədə Beynəlxalq Həkim Günü kimi qeyd olunur. Belə ki, hər il bir çox ölkələrdə oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkim Günü kimi qeyd olunur.
Günün qeyd olunması təşəbbüsü Dünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatına aiddir.
Ölkəmizdə nə qədər həkim fəaliyyət göstərir?
TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hazırda ölkədə həkimlərin sayı 33 min 645 nəfərdir. Bu rəqəm 2000-ci ildə 28485 nəfər olub.İxtisaslar üzrə həkimlər arasında terapevtlər üstünlük təşkil edir. Onların sayı 7981 nəfərdir. İkinci yerdə stomotoloq və diş həkimləri yer alır. Sayları 3634 nəfərdir. Pediatr ixtisası üzrə həkimlərin sayı 3544, cərrahların sayı isə 3498 nəfərdir.
Ən az isə idman-müalicə həkimləridir. Ölkədə bu ixtisas üzrə olan həkimlərin sayı cəmi 57 nəfərdir.
Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı cəmi 33 nəfərdir. Ölkədə oftalmoloq, nevropatoloq, şüa-diqnostika kimi bir çox ixtisaslar üzrə hər 10 min nəfərə düşən həkim sayı 0,5, 0,9, 0,2, hətta 0,1 kimi rəqəmlərlə ifadə olunur.
Aygün