Close

19:54
05 Oktyabr 2024

Kosmetika seçərkən nələrə diqqət edilməlidir? – Bəziləri xərçəngə səbəb olur

Gözəl görünmək bütün qadınların arzusudur. Kimisiz plastik əməliyyatlarla, kimisi kosmetika ilə, kimisi də dərisini xüsusi qulluqla bu arzusuna çatmağa çalışır. Qadınların gözəlləşmək üçün ən birinci seçimi makiyajdır.

Amma istifadə etdiyimiz kosmetika məhsullarının keyfiyyəti necədir? Gözəlləşmək istəyərkən, dərimizə zərər verməmək üçün nələrə diqqət etməliyik?

Həkim-kosmetoloq Samira Mehrəli TNS-ə açıqlamasında bu barədə danışıb.

Onun sözlərinə görə, istifadə etdiyimiz kosmetika məhsuluna barmağımızla toxunanda keyfiyyətinin hansı səviyyədə olduğunu bilmək mümkündür: “Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xanımların əksəriyyəti isə bu malların tərkibi və keyfiyyətindən xəbərsizdir. Kosmetik vasitələrin harada gəldi, satılması narahatlıq doğuran məsələlərdən biridir. Keyfiyyətli kosmetik vasitələr əldə etmək üçün alınan malların üzərindəki istifadə müddəti və tərkibinə diqqət yetirilməlidir. Əgər pudra, kirşan, krem və s. məhsullar istifadə zamanı dəriyə hopmursa, kənardan ləkə kimi görünürsə, deməli, məhsul keyfiyyətsizdir”.

kosmetoloq

O bildirib ki, kosmetik vasitələrin qablaşdırma quruluşuna fikir verməklə də məhsulun keyfiyyətindən xəbər tutmaq mümkündür: “Belə ki, onların seriya nömrəsi, hansı ölkənin istehsalı olduğu qeyd olunmayıbsa, deməli məhsul keyfiyyətsizdir. Kosmetik vasitənin hansı firmaya məxsus olması önəmli deyil. Keyfiyyətli kosmetika ilk növbədə təmiz olmalıdır. Dəri tipinə uyğun olmalıdır. Burada yaş həddi və dəri nəzərə alınmalıdır. Tərkibində sintetik maddələr, spirt olan məhsullar keyfiyətli deyil”.

Ayşən Azadova