Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Bu şəxslərin qrip əleyinə peyvənd olunması vacibdir

Payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Bununla bağlı məlumat yayan Səhiyyə Nazirliyi əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəyə mövsümi qrip əleyhinə təhlükəsiz və keyfiyyətli vaksin preparatları gətirildiyini açıqlayıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 10-dan artıq peyvənd aparılır. Amma çox vaxt əhali qrip əleyinə peyvəndə o qədər də maraq göstərmir.

Mütəxəssislər respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunmasının xüsusilə vacib olduğunu vurğulayır.

Həkim-terapevt, mütəxəssis Zakir Quliyev TNS-ə açıqlamasında bildirib ki, qrip əleyinə (influenza peyvəndi) peyvənd uzun illərdir, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yüksək risk qrupunda olan insanlar üçün tövsiyə olunan vaksinidir: “Bu peyvənd hər il dəyişir. Qripin ən sonuncu variantına qarşı hazırlanır. Xüsusilə yaşlı, xroniki xəstəliklərdən əziyyət çəkən insanlara, xəstaxanada çalışanlara, xəstə baxıcılarına mütləq tövsiyə olunur. Yaxud insanlarla sıx təmasda olanlar, ildə bir neçə dəfə xəstələnən və xəstəliyi ağır keçirənlər üçün məsləhət görülür”.

Mütəxəssis onu da vurğulayıb ki, peyvəndin göstərilmiş hər hansı ciddi yan təsiri yoxdur: “Qrip əleyinə peyvəndin çox ciddi əks göstərişi yoxdur. Sadəcə olaraq, hər bir dərmanda olduğu kimi allergic, reaksiyalar verə bilər. Bu da vaksinin vurulmaması üçün əks göstəriş deyil. Xüsusilə, sentyabr, oktyabr, noyabr aylarında qrip peyvəndi tövsiyə olunur”.

Aygün