Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Göz yorğunluğunu aradan qaldırmaq üçün bunu etmək vacibdir

“Göz gimnastikası” adlanan bəzi məşq hərəkətlərinin köməyi ilə gözlərdəki yorğunluğun aradan qaldırılmasına nail olmaq mümkündür. Bu məşqləri nəinki evdə, hətta iş yerində də etmək olar.

TNS Bakı Baş Səhiyyə Mərkəzinə istinadla xəbər verir ki, göz yorğunluğunun qarşısını almaq üçün hər gün 25 saniyə göz gimnastikası etmək lazımdır: “Göz gimnastikası göz və ətrafının müəyyən hərəkətləri təkrar etməsi prosesidir. Bu məşqləri edərkən gözün ətrafındakı əzələlər, göz qapaqları hərəkət edir. Hər gözdə 6 ədəd əzələ var. Gimnastika zamanı cəmi 12 əzələdən istifadə olunur. Məşqlər gözdəki toxumaların qanla qidalanmasını təmin edir. Bu səbəbdən əzələlər möhkəmlənir və daha sağlam olur.

Günün müxtəlif saatlarında bu gimnastikanı etmək olar. Xüsusilə səhər qalxdıqda göz hərəkətləri etmək daha məqsədəuyğundur”.

Məlumatda qeyd olunub ki, gözü soldan sağa, yuxarı-aşağı hərəkət etdirmək, ya da çevrə yaradacaq şəkildə qaytarmaq göz gimnastikası hərəkətləridir. Bu hərəkətlər, eyni zamanda, gözdəki toxumaların yaxşı qidalanmasını təmin edir. Göz gimnastikası yaxını görmə problemlərində və ümumiyyətlə görmə keyfiyyətinin artmasında köməkçi olur.

Gün ərzində 3-4 dəfə bu hərəkətləri etmək göz üçün faydalıdır.