Uşaqlar arasında xəstəlik yayılıb
“Son vaxtlar uşaqlarda səpkili infeksiya müşahidə olunur. Bu, qızılca, məxmərək, su çiçəyi və skarlatina deyil. Səpkilər "ağız-əl-ayaq" xəstəliyidir və koksaki virusu tərəfindən törədilir, oral, fekal-oral yolla ötürülür”.
TNS xəbər verir ki, bunu pediatr Vaqif Qarayev sosial şəbəkədki hesabında yazıb.
O bildirib ki, xəstəlik zamanı hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur: “Xəstəliyin əlamətləri görünən kimi dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd edilsin.
Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. Xəstəlik 5-7 gün ərzində keçir”.
Aygün