Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Alimlər şokoladın təhlükəsi haqqında mifi dağıtdılar

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.

TNS xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Əvvəllər hesab olunurdu ki, şirniyyatlar, o cümlədən şokolad dəri səpgilərinə səbəb ola bilər. 1960-cı illərdə elm adamları şokolad və sızanaqlar arasında birbaşa əlaqəni təsdiqləməyən bir təcrübə aparıblar. Lakin metodologiyadakı çatışmazlıqlara görə nəticələr tənqid edilib. London Kral Kollecinin yeni araşdırması isə sübut edib ki, şokoladın özü sızanaqların əsas səbəbi deyil.

Kollecin dermatoloqu Beybey Du-Harpurun fikrincə, sebum istehsal edən yağ bezlərinin ölçüsü genetik olaraq təyin olunur. Xarici amillər də sızanaqların miqdarına təsir göstərir. Daimi zəif qidalanma - şirin, yağlı və karbohidratlı qidalardan sui-istifadə - dərinin vəziyyətinə mənfi təsir edir. Belə qidalanma qan şəkərinin səviyyəsini yüksəldir, insulin istehsalını artırır, bu da öz növbəsində sebum istehsalını və tıxanmış məsamələri tətikləyir.

Həmçinin, çörək, makaron, un və qənnadı məmulatları kimi  yüksək glisemik indeksi (GI) olan qidalar da sınanaqların yaranmasına səbəb olur. Lakin alimlərin fikrincə, şokoladın aşağı və ya orta glisemik indeksi var, ona görə də onu iltihabın təhrikçisi hesab etmək olmaz.