Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Azərbaycanda koronavirusun yeni ştammı yayılır?

"Azərbaycanda koronavirusla bağlı epidemioloji durum sabitdir. Ölkədə rast gəlinən əsas ştamm "Omicron"un müxtəlif altnövləridir".

Bunu TNS-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

İnfeksionistin sözlərinə görə, virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam etməkdədir: "Hansısa bir alt növün yayılma səviyyəsinin sekvenləşmə vasitəsi ilə müəyyən edilməsi hazırda infeksiya ilə mübarizə və əksepidemik tədbirlərin planlaşdırılması baxımından praktik əhəmiyyət kəsb etmir. Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronaviruslara qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir".

Aygün