Close

20:30
19 Sentyabr 2024

İnsan orqanizmində qida qablaşdırılmasında istifadə olunan 3600 kimyəvi maddə tapıldı

Alimlər insan orqanizmində qida məhsullarının qablaşdırılması və ya hazırlanma proseslərində istifadə edilən 3600-dən çox kimyəvi maddənin aşkarlandığını, bunların bəzilərinin sağlamlıq üçün təhlükə yaratdığını, digərləri haqqında isə geniş məlumatın olmadığını açıqlayıb.

TNS xəbər verir ki, Sürixdə yerləşən Qida Qablaşdırma Forumu Fondunun əməkdaşı doktor Birgit Gueke bu kimyəvi maddələrdən təxminən 100-nün insan sağlamlığı üçün "yüksək risk" yaratdığını bildirib.

Qeyd olunub ki, məlum olan zərərli kimyəvi maddələrdən PFAS və bisfenol A hazırda qadağan edilmə mərhələsindədir.

Qablaşdırmada istifadə edilən bəzi kimyəvi maddələrin qida ilə insan orqanizminə necə keçdiyi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayan Geueke bu kimyəvi maddələrin istehsal və qablaşdırma prosesi zamanı qidaya keçə biləcəyini deyib.

Qeyd edək ki, PFAS və bisfenol A kimi kimyəvi maddələri son illərdə insan bədəninin müxtəlif orqanlarında aşkar edilib və sağlamlıq problemləri yaratdığı açıqlanıb.

Bu kimyəvi maddələrə həmçinin hormonları pozan təsirləri olan ftalatlar və daha az tanınmış oliqomerlər daxildir.

Alimlər qidalarda istifadə olunan kimyəvi maddələrin bir-biri ilə qarşılıqlı əlaqədə olacağı zaman daha böyük risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.

Araşdırmada vurğulanıb ki, Avropa İttifaqı qida qablaşdırmasında PFAS və bisfenol A-nın istifadəsini qadağan etmək üçün son mərhələdədir.

Aygün