Close

22:00
18 Sentyabr 2024

Xərçəng xəstəliyini qoxu vasitəsilə müəyyənləşdirmək mümkündür

Tezliklə xəstəliklərə qoxu vasitəsilə diaqnoz qoymaq mümkün olacaq. Mütəxəssislər son illər qoxu yayan aparatın döş xərçənginin diaqnozunda döş rentgenoqrafiyası qədər uğurlu olduğunu tapıblar.

TNS xarici mediaya istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan araşdırmaçıların və xərçəng xəstələrinin, onların yaxınlarının təcrübələri əsasında belə bir nəticəyə gəlinib.

Xərçəng xəstələri və onların qohumlarının yaratdığı həmrəylik qrupundan olan Coani deyib ki, əri prostat xərçəngi olanda ondan həmişə çürük qoxu gəlib. Xərçəngin müalicəsi uğurlu olandan sonra qoxu gedib. Lakin 2012-ci ildə Coani yenidən eyni qoxunu hiss etməyə başlayanda qorxub. Müayinədən sonra ona da ağciyər xərçəngi diaqnozu qoyulub.

Əslində tarix boyu həkimlər diaqnoz zamanı xəstələrin nəfəsinin, sidiyinin, nəcisinin, tərinin və dərisinin iyini yoxlayıblar. 2011-ci ildə yazılan bir məqalədə də onlarla xəstəliyə aid “qoxu qeydləri” araşdırılıb.

Bu yaxınlarda aparılan təcrübə də insanların xəstələndikləri zaman pis qoxular yaydığına dair sübutlar təqdim edib.

1621675_1

Stokholmdakı Karolinska İnstitutundan Mats Olssonun rəhbərlik etdiyi tədqiqat qrupu səkkiz sağlam könüllüyə dar pambıq köynəklər geyindirib. Onların yarısının bədəninə adi maye, yarısına isə yüngül qripə bənzər simptomlar yaradan kimyəvi qarışıq inyeksiyalar vurublar. Bir ay sonra eksperiment iştirakçıları geri çağırılıb və bu dəfə də hər iki qrupa sonuncu dəfə olduğu kimi əks iynə vurulub. Sonra bütün köynəklər yığılıb, qoltuqaltılar kəsilib butulkaya qoyulub. Bu şüşələrdən yayılan havanın iyini alan könüllü münsifdən qoxuları intensivlik, pislik və qeyri-sağlamlıq baxımından sıralamaları istənilib. Nəticədə ən çox nəzərə çarpan mənfi xüsusiyyətlərə malik qoxuların xəstə qrupuna aid köynəklərdən gəldiyi müəyyən edilib.

Olsson etiraf edib ki, nəticələri "Psychological Science" elmi jurnalında dərc olunan bu təcrübə çox kiçik miqyaslı olub. Lakin o, yenə də inanır ki, xəstə insanların orqanizmi həm digər insanları yoluxucu xəstəlikdən xəbərdar etmək, həm də köməyə ehtiyacı olduğunu bildirmək üçün müəyyən kimyəvi maddələr ifraz edir.

Bir sıra araşdırmaçılar isə bildirir ki, bədənimiz normal gündəlik fəaliyyəti zamanı da müxtəlif kimyəvi maddələr ifraz edir. Ancaq xərçəng hüceyrələrinin fəaliyyəti normal hüceyrələrdən fərqli olduğundan belə xəstələrin yaydığı qoxular fərqli olur. Bu, bəzən insanın hiss edə biləcəyindən daha incə bir qoxu ola bilər, lakin müxtəlif növ xərçəng və ya digər xəstəliklərin qoxularını tanımaq üçün öyrədilmiş itlər xəstəliyi erkən aşkarlaya bilər. Çünki insanların beş 5 milyon, itlərin isə 300 milyon iy reseptoru var.

Pensilvaniya Universitetindəki bir mərkəzdə itlərə yumurtalıq xərçəngi daşıyan toxumalar öyrədilib. Məqsəd həmin itləri xəstəxanaların xərçəng şöbələrinə yerləşdirmək deyil, yumurtalıq xərçənginin spesifik qoxusunu onlarla müəyyən etməkdir. İtlər bunu 90% dəqiqliklə yerinə yetiriblər.

blog_dog

Real həyatda da ev heyvanlarının (xüsusilə itlərin) sahibləri xərçəng siptomları daşıdığı üçün onlara qarşı davranışlarında fərqlilik göstərdiklərinə dair bir çox hallar baş verib. Bununla sanki heyvanlar sahiblərini xəstəliklə bağlı xəbərdarlıq etməyə çalışıblar.