Close

22:00
18 Sentyabr 2024

Alimlərin yeni araşdırmaları- Bu qidalar haqqında bugünədək bildiklərimiz...

Fermentləşdirilmiş qidalar təkcə insan sağlamlığı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır və planetdə aclıq problemini də yüngülləşdirə bilər.

TNS xəbər verir ki, bu barədə “Frontiers in Nutrition” jurnalında dərc olunan məqalənin müəllifləri bildiriblər.

Nəşrin müəllifləri qeyd ediblər ki, fermentləşdirilmiş qidalar insan mikrobiomunun (orqanizmin mikroblar cəmiyyətinin) sağlamlığını qoruyub saxlamağa kömək edə bilər. Bəzi sübutlar onların qadın reproduktiv sistemində göbələk və bakterial infeksiya riskini azalda biləcəyini göstərir. Fermentasiya edilmiş qidalardakı Bifidobacterium və Lactobacillus bakteriyaları beyin sağlamlığına birbaşa təsir edən daha yaxşı bağırsaq sağlamlığı ilə əlaqələndirilir.

Çox güman ki, fermentləşdirilmiş qidalar insulinə həssaslığı artıra bilər və bununla da diabet riskini azaldır. Onların xolesterola təsiri ilə ürək-damar xəstəlikləri riskini azalda bilmələri də mümkündür. Fermentasiya prosesi müvafiq olaraq osteoporoz və ya anemiyası olan insanlar üçün vacib olan kalsium və dəmirin udulmasını artıra bilər.

Uzun raf ömrü və qida dəyəri sayəsində fermentləşdirilimiş qidalar yoxsul ölkələrdə insanlar arasında qida çatışmazlığı problemini yüngülləşdirə bilər.

Alimlər PIMENTO Avropa layihəsi çərçivəsində fermentləşdirilmiş qidaların faydalarının hər bir aspektini qiymətləndirməyi planlaşdırırlar. Bu, fermentləşdirilmiş qidaların faydalarının sağlam elmi dəlillərlə təsdiqlənməsini təmin edir.